Skip to content
  • About the Project
    • What we do
    • Who we are
      • The Project Team
      • Consortium Members
  • News
  • Contacts
  • Research
    • News & Opportunities
    • Mappings and studies
  • E-learning
    • News & Opportunities
    • Webinars
  • Hackathons
    • News & Opportunities
    • EaP Civic Tech Award
    • Hackathon-2024
    • Hackathon-2023
    • Adapt-an-App Sprint 2021
    • Hackathon-2020
    • Hackathon-2019
    • Hackathon-2018
    • Hackathon-2017
    • Bank of IDEAS
    • Hackathon Guide
  • Fellowships
    • News & Opportunities
    • 2024 Fellowships
    • 2023 Fellowships
    • 2022 Fellowships
    • 2022 Solidarity Fellowships
    • 2021 Fellowships
    • 2020 Fellowships
    • 2019 Fellowships
    • 2018 Fellowships
    • 2017 Fellowships
  • Promoting Civil Society
    • Campaign to Promote 2% Designation Mechanism in Moldova
    • Civil Society is YOU Campaign Ukraine
    • Storytelling Campaign
  • Support to Civil Society
    • News
    • Helpdesk for EU Grantees
    • EaP Fellows Stories
    • #StandWithUkraine Stories
  • About the Project
    • What we do
    • Who we are
      • The Project Team
      • Consortium Members
  • News
  • Contacts
  • HackathonsVisit Site
  • E-learningVisit Site
  • FellowsVisit Site
  • Idea BankVisit Site
  •  Visit Site
  • Research
    • News & Opportunities
    • Mappings and studies
  • E-learning
    • News & Opportunities
    • Webinars
  • Hackathons
    • News & Opportunities
    • EaP Civic Tech Award
    • Hackathon-2024
    • Hackathon-2023
    • Adapt-an-App Sprint 2021
    • Hackathon-2020
    • Hackathon-2019
    • Hackathon-2018
    • Hackathon-2017
    • Bank of IDEAS
    • Hackathon Guide
  • Fellowships
    • News & Opportunities
    • 2024 Fellowships
    • 2023 Fellowships
    • 2022 Fellowships
    • 2022 Solidarity Fellowships
    • 2021 Fellowships
    • 2020 Fellowships
    • 2019 Fellowships
    • 2018 Fellowships
    • 2017 Fellowships
  • Promoting Civil Society
    • Campaign to Promote 2% Designation Mechanism in Moldova
    • Civil Society is YOU Campaign Ukraine
    • Storytelling Campaign
  • Support to Civil Society
    • News
    • Helpdesk for EU Grantees
    • EaP Fellows Stories
    • #StandWithUkraine Stories
>Uncategorized>COP29-da Səmərəli İştirak: Azərbaycandakı Vətəndaş Cəmiyyəti Təşkilatları üçün Vacib Vebinarlar Seriyası

COP29-da Səmərəli İştirak: Azərbaycandakı Vətəndaş Cəmiyyəti Təşkilatları üçün Vacib Vebinarlar Seriyası

02/09/2024

2024-cü ilin noyabr ayında BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflərinin Konfransının (COP29) 29-cu sessiyası Bakıda, Azərbaycanda keçiriləcək. Əvvəlki COP sessiyalarında olduğu kimi indi də həm yerli, həm də beynəlxalq səviyyədə vətəndaş cəmiyyəti nümayəndələrinin bu prosesdə iştirak etmək imkanı olacaq. COP29-da iştirak qlobal iqlim siyasətinə təsir göstərmək, habelə yerli ehtiyacları və prioritetləri müdafiə etmək üçün platforma yaradır. Bu isə vətəndaş cəmiyyəti təşkilatları üçün son dərəcə əhəmiyyətlidir.

Əgər siz COP29 haqqında daha çox məlumat əldə etmək istəyən fəalsınızsa və ya vətəndaş cəmiyyəti təşkilatının üzvüsünüzsə, bu 3 saatlıq vebinarlara qeydiyyatdan keçə bilərsiniz. Nəzərə alın ki, iştirak üçün ətraf mühit mütəxəssisi olmağa gərək yoxdur, bu vebinarlar vətəndaş cəmiyyətinin bütün üzvləri üçün nəzərdə tutulub.

Vebinar 1: COP nədir və vətəndaşlar üçün niyə vacibdir?
17:30-18:30 (Bakı vaxtı) / 15:30-16:30 (CET) 16 sentyabr 2024

Vebinar 2: Yerli vətəndaş cəmiyyəti COP29-da necə iştirak edə bilər?
17:30-18:30 (Bakı vaxtı) / 15:30-16:30 (CET) 18 sentyabr 2024

Vebinar 3: İqlim maliyyəsini anlamaq
17:30-18:30 (Bakı vaxtı) / 15:30-16:30 (CET) 20 sentyabr 2024

Bütün vebinarlar ingilis dilində keçiriləcək və sinxron şəkildə Azərbaycan dilinə tərcümə olunacaq.

Öncədən qeydiyyat:

Vebinarlara qeydiyyatdan keçmək üçün qeydiyyat formasını tamamlamağınız xahiş olunur

Qeydiyyatdan keçdikdən sonra vebinarlara qoşulmaq üçün lazım olan link “email”inizə gələcək.

Bu vebinarlar seriyası Aİ tərəfindən maliyyələşdirilən “Eastern Partnership Civil Society Facility” layihəsi tərəfindən təşkil olunur və İqlim Fəaliyyəti Şəbəkəsinin (CAN) regional mərkəzinin əməkdaşlığı ilə həyata keçirilir. CAN EECCA – Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya (EECCA) regionunda fəaliyyət göstərən ən böyük iqlim QHT-ləri şəbəkəsidir. Şəbəkə 2008-ci ildən fəaliyyət göstərir və 130 ölkədə 1 500-dən çox vətəndaş cəmiyyəti təşkilatını birləşdirən “Climate Action Network International”ın bir hissəsidir. Hal-hazırda, regionun 11 ölkəsindən (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Rusiya, Tacikistan, Ukrayna) 53 QHT bu şəbəkənin üzvüdür. CAN EECCA regionun vətəndaş cəmiyyətinin güclü və təşkilatlanmış olmasını, EECCA ölkələrinin iqlim neytrallığına yönəlik siyasətlər həyata keçirməsini və bu proseslərin iqlim ədalətinə əsaslanan şəkildə uyğunlaşdırılmasını təmin etmək üçün çalışır.

Vebinar spikerlərimizi təqdim edirik:

Olha Boiko, CAN EECCA koordinatoru, Ukrayna

Olha Boiko şəbəkələşmə koordinatoru və fasilitatordur. O, 9 ildir ki, iqlim hərəkatında fəaliyyət göstərir. 2015-ci ildən bəri Olha iqlim dəyişikliyi və iqlim siyasəti mövzularında onlarla seminar, forum və düşərgə təşkil edib. O, vətəndaş cəmiyyəti müşahidəçisi kimi beş BMT iqlim konfransında (COP) iştirak edib və QHT-lərə danışıqlara hazırlaşmaqda, eləcə də vəsiqə (badge) və maliyyə vəsaiti əldə etməkdə köməklik göstərib. Hazırda Olha Dalan Fondunun “İştirakçı qərar qəbuletmə” komitəsində fəaliyyət göstərir.

Nuqzar Koxreidze, RICDOG-un sədri, Gürcüstan

Nugzar Kokhreidze Gürcüstanda fəaliyyət göstərən Tədqiqat-İntellektual Klub ” Dialogue of Generations”ın (RICDOG) həmtəsisçisi və hazırkı sədridir. Onun əhatə etdiyi mövzular gənclərin iştirakının gücləndirilməsi, sosial dialoq və ekoloji təhsil sahələrindədir. O, CAN EECCA-nın İdarə Heyətinin rəhbəri kimi fəaliyyət göstərərək iqlim dəyişikliyi strategiyaları və dayanıqlı inkişaf təşəbbüslərinə töhfə vermişdir. Onun təcrübəsi BMT-nin Miqrasiya Agentliyi (IOM) və Berghof Fondu kimi beynəlxalq təşkilatlarda layihələrin koordinasiyasını əhatə edir. Burada o, iqlim dayanıqlığını sülh quruculuğu proseslərinə inteqrasiya edərək münaqişə bölgələrində müxtəlif proqramları koordinə  etmişdir.

Rebekka Tissen, CAN International-da Çoxtərəfli proseslər üzrə qlobal rəhbər, Belçika

Rebekka hüquq sahəsində təcrübəyə malikdir və “Amnesty International” və “Lawyers without Borders” kimi böyük beynəlxalq QHT-lərlə əməkdaşlıq etmişdir. O, iqlim maliyyələşdirilməsi, “zərər və itki”, insan hüquqlarının iqlim siyasətinə və iqlim məhkəmə işlərinə inteqrasiyası kimi məsələlər üzərində intensiv şəkildə işləyir. O, həmçinin Belçikada iqlim ambisiyasını və ədalətli keçidi irəli aparmaq üçün çalışan milli şəbəkə — Belçika İqlim Koalisiyasının siyasət üzrə koordinatoru olmuşdur.

REGISTER NOW
Share:
განაცხადების მიღება: საკომუნიკაციო ლაბორატორიები სამოქალაქო საზოგადოების ორგანიზაციებისთვის სომხეთსა და საქართველოში
PREVIOUS NEWS
This website has been produced with the assistance of the European Union. The content of this portal is the sole responsibility of the GDSI-led Consortium and can in no way be taken to reflect the views of the European Union. © European Union, 2021
The project is implemented by the consortium led by GDSI Limited
Our privacy policy

Facebook

Eastern Partnership Civil Society Facility

Twitter

Tweets by EaPCivilSociety